"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalıAzərbaycan Respublikasının dövlət təltifi.[2]

Cəld faktlar Ölkə, Tip ...
"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı
Thumb
Thumb

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Statistika
Təsis tarixi 24 aprel 2018
Ardıcıllıq
Yüksək mükafat "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı[1]
Aşağı mükafat "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi" yubiley medalı
Bağla

Əsasnaməsi

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir.[3]

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalından sonra taxılır.
medal haqqında ƏSASNAMƏ[3]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.